Dərəyə yıxılan 66 yaşlı kişi öldü

dereye-yixilan-66-yasli-kisi-oldu
Oxunma sayı: 935


“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, rayonun Cuma kənd sakini, 1949-cu il təvəllüdlü İsa Zəkəriyyə oğlu Abbasovun meyiti Cuma kənd inzibati ərazisinin dağlıq hissəsində dərədə kənd sakinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 66 yaşlı İsa Abbasov ehtiyatsızlıqdan dərəyə yıxılıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.