Dəri üçün bunlar təhlükəlidir

deri-ucun-bunlar-tehlukelidir
Oxunma sayı: 1651


“Qafaqazinfo” nun məlumatına görə, doğru üsullarla xəyal etdiyimiz dəriyə sahib olmaq, əlbəttə, çox asandır. Amma doğru bildiyimiz səhvlər geri dönülməz nəticələrə gətirib çıxara bilər. 

Dəri təmizləməsində  bu üsullara diqqət edin: 

Üzü həddindən çox yumaq

Tez-tez yuyulan üzdə yağ tarazlığı pozulur. Bu zamanla problemli və xoşagəlməyən bir görüntüyə ortaya çıxarır.

Peelingə prosesində diqqətli olun

Dərinizə ehtiyac olduqca pelling əməliyyatı etməlisiniz. Ölü hüceyrələrin soyulması adlanan pelling prosesi həftədə iki dəfədən çox edilməməlidir. 

Dərinizi hər hansı bir təmizlik vasitəsindən sonra yaxşı durulayın

Təmizləyici vasitələr tam durulanmasa, o zaman dərdəki məsamələr tıxanar.

İsti sudan istifadə

Həddindən artıq isti sudan istifadə etsəniz dərinizdəki yağ tarazlığı məhv olar. Əgər quru bir dəriyə sahib olmaq istəmirsinizsə ilıq suyla yuyunun.

Dəsmalla ehtiyatlı qurulanın

Yuyunduqdan sonra dəsmalı dərinizə, əsasən də üzünüzə yavaşca toxunduraraq qurulayın. Dəsmalla ovalamaq, möhkəm qurulanmaq dərinizə zərəlidir. 

Nəmləndirmək 

Dərinizi təmizlədikdən sonra nəmləndiri kreminizi vurmaq üçün tələsin. Dəri qurumamış vurulan nəmləndirici daha parlaq və yumşaq görüntü verər.

Düzgün seçim edin

İstifadə məhsulun keyfiyyətli və dəri tipinizə uyğun olmasına diqqət edin.

Zümrüd