Dərin Özüllər Zavoduna yeni direktor təyinatı

derin-ozuller-zavoduna-yeni-direktor-teyinati
Oxunma sayı: 891

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna yeni direktor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Onun sözlərinə görə, bu, Roman Nağıyevdir. O, bundan əvvəl şirkətin “Azəriqaz” İstehsalat Birliyində çalışıb və yeni vəzifəsində 2015-ci ildə vəfat etmiş Ayaz Qarayevi əvəz edib.