Dərin yuxu nazirlik işçilərini ayağa qaldırdı

derin-yuxu-nazirlik-iscilerini-ayaga-qaldirdi
Oxunma sayı: 1773


“Qafqazinfo” xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbədə yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:10-da başa çatıb.