Dərinizdəki qırışlardan narahatsız?- - Ən sadə üsullar

derinizdeki-qirislardan-narahatsiz-
Oxunma sayı: 756

Yay aylarında dənizdə günəşlənmək gözəl olsa da, sonradan dərisində sızanaq, gün ləkələri əmələ gəldiyi üçün şikayətlənənlər də az deyil. “Qafqazinfo” Türkiyə mediasına istinadən, bu problemlərdən əziyyət çəkənlər üçün Acıbadem Bakırköy Xəstəxanasının dermatoloqu Belma Bayraktarın məsləhət gördüyü bir neçə praktik yolu sizə təqdim edir:

Dərinizi nəmləndirməyi unutmayın. Yay aylarında günəş, hovuz və dənizdən sonra köhnələn dərinizi müntəzəm olaraq nəmləndirin. Əks halda dəriniz quruyacaq və qırışlar əmələ gələcək.

Dəriniz yağlıdırsa, təmizləyici kimi gel əsaslı məhsullar, nəmləndirici kimi isə su əsaslı məhsullar seçin. Əgər quru dəriyə sahibsinizsə, təmizləyici məhsul kimi lasyon yox, təmizləyici südlərdən istifadə edin. 

Bir ovuc çiyələk yeyin. Çiyələkdəki C vitamini dərini gənc saxlayır və antioksidan xüsusiyyəti həm dərinizə parlaqlıq verir, həm də onu günəş güalarının mənfi təsirindən də qoruyur.

Çiyələkdən başqa gündə 1 dəstə cəfəri və ya 2 pomidor bədəninizi lazım olan C vitamini ilə təmin edir. Sitrus meyvələri, soğan, itburnu kimi bitgilər də C vitamini ilə zəngindir.

Günəş şüalarından dərinizdə ləkələr meydana gəlməsini istəmirsinizsə, günəşə qarşı kremlərdən istifadə etməyi unutmayın. Dəri tipinizə uyğun olaraq seçdiyiniz qoruyucu kremdən 3-4 saat aralıqlarla istifadə edin. 

Yay aylarında ətir istifadə edən zaman ehtiyatlı olun. Ətir vurulan hissəyə günəş şuaları düşdüyü zaman dəridə ləkələr əmələ gələ bilər. Hətta bu bəzi həssas dərili insanlarda allergik reaksiya da yarada bilər. Bu kimi hallarda ətirin dəriyə təmasından qaçınmaq daha məqsədə uyğundur. Həssas dəriyə sahib olan şəxslərə yay aylarında yerkökü, ərik, qovun, tərəvəz, yumurtanın sarısı kimi məhsullardan daha çox istifadə etmək tövsiyə olunur. Hər gün yeyəcəyiniz 2-3 ədəd kök, bir dilim qovun, 8-10 ərik, 1 yumurta və bol salat həssas dərinizin müdafiəçisi olacaq.

2 fincan yaşıl çay və 3-4 ədəd qoz bədəninizin E vitamini ehtiyacını təmin edəcək. Sizi günəş şüalarından qoruyan bu vitamin dərinizin qırışmasının və ləkələrin qarşısını alır. Həmçinin qoz və fındıqda olan yağlar  dərinizin nəm ehtiyacını da təmin edir. 

Yay aylarında cüzi miqdarda makiyajdan istifadə etməyə çalışın. Dərinin nəfəs almasına mane olan həddindən artıq makiyaj sızanaqlara səbəb ola bilir. Məsamələri bağlayan vasitlərdən, xüsusilə də tonal krem və pudradan uzaq durmağa çalışın. 

Fəsildən asılı olmayaraq gözəl bir dəri üçün meyvə və tərəvəzi gündəlik menyunuzun əvəzedilməzi edin.

Günel Hacı

“Qafqazinfo”