Deripaskanın ABŞ-dakı evində axtarış aparılır - Video

deripaskanin-abs-daki-evinde-axtaris-aparilir
Oxunma sayı: 1503

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşları rusiyalı milyarder Oleq Deripaskanın Vaşinqtondakı evində axtarışlar aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb. Bildirilir ki, əraziyə giriş məhdudlaşdırılıb. Axtarışlar Deripaskaya tətbiq olunan sanksiyalarla əlaqədar aparılır.

KİV-in məlumatına görə, kadastr sənədlərinə əsasən, Deripaskaya məxsus malikanə 2006-cı ilin may ayında 15 milyon dollara alınıb. İki mərtəbəli ev 1986-cı ildə tikilib. Evin sahəsi 1090 kvadrat metrdir.