“Dərman preparatlarını gizlədib satmadılar” - Yenilənib

derman-preparatlarini-gizledib-satmadilar
Oxunma sayı: 1756

“Dünyada baş verən qıtlıqlar Azərbaycanda baş vermədi. Azərbaycanda başqa şeylər baş verdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Əli Məsimli bildirib.

“Birinci qiymət artımı, ikinci isə qiymət artımından sui-istifadə edərək qiymət manipulyasiyası və sürətlə qiymətlərin artırılması, dərman preparatlarının gizlədilməsi, satılmaması və bir müddətdən sonra onların bazara çıxarılması, əhalinin alıcılıq qabiliyyətinə ciddə zərbə vurulması baş verdi. Azərbaycanın keyfiyyətsiz malların satış poliqonuna çevrilməsi halları var”, - deyə deputat qeyd edib.

***

Deputat Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda ərzaq qıtlığı gözlənilmir: “Hazırda Azərbaycanın 56 milyard dollar həcmində valyuta ehtiyatı var. Biz 1992-1993-cı illərdə Əli müəllimlə birlikdə işləyəndə pul yox idi deyə qıtlıq yaranırdı. Amma ölkənin hazırda yetəri qədər pulu var. Dünyanın istənilən nöqtəsindən istənilən məhsulu ala bilərik. Burada qeyd edilir ki, ərzaq qıtlığı ola bilər. Lakin işi elə qurmaq lazımdır ki, belə şey yaşanmasın. Kənd Təsərrüfatı Nazirliyinin də üzərinə məsuliyyət düşür”.

Eldar Tanrıverdi