Dünəndən mediada və sosial şəbəkələrdə Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi barədə məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, nazirlik məsələyə aydınlıq gətirərək bildirib ki, qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub. Siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər