Dərmanlar bu gündən ucuz qiymətə satılır - Diqqətli olun

dermanlar-bu-gunden-ucuz-qiymete-satilir
Oxunma sayı: 2466

Bu gündən etibarən artıq bir çox şirkətlər dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı qərarın icrasını həyata keçirməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, şirkətlər tərəfindən ilkin olaraq 25 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətləri tənzimlənib. Belə ki, 1057 adda dərman vasitəsinin qiyməti Tariş Şurası tərəfindən müəyyən edilərək təsdiqlənib. Bu gündən etibarən 1057 adda dərman bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq.

Qeyd edək ki. Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi bu gündən etibarən dərman bazarında monitorinqlər keçirməyə başlayıb. İqtisadiyyat və Sənayə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, nazirliyin əməkdaşları hazırda monitorinqlərə başlayıb: “ Hazırda 1057 dərman tənzimlənmiş qiymətə satılır. İlkin olaraq deyə bilərik ki, şirkətlər tənzimlənmiş qiymətlərlə dərman satışını həyata keçirirlər. Hələlik hansısa aptekdə mənfi hal müşahidə edilməyib”.

Günel Türksoy