Dərmanların qeydiyyata alınması qaydası dəyişir

dermanlarin-qeydiyyata-alinmasi-qaydasi-deyisir
Oxunma sayı: 1312

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.

Həmçinin oxuyun: Суд вынес приговор отцу-истязателю

Təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri həyata keçiriləcək. Dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.

Yeni bəndə əsasən, qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.

Qeyd edək ki, dövlət reyestri - bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.

Zaur Mirzə