Sahibkarların “Qafqazinfo”ya verdiyi xəbərə görə, elektrikin hansı səbəbdən kəsilməsi bəlli deyil: “Burada 1000-dən çox obyekt var. 15 gündür ki, heç bir iş görə bilmirik. Hamımız vaxtında elektrik pulunu ödəyirik. Əhaliyə 6 qəpiyə verilən işıq üçün biz hər KBt-a görə 15 qəpik ödəyirik. Heç buna etiraz da etmirik. Amma işıqların söndürülməsi işimizi tam dayandırıb”.
Sahibkarlar bildiriblər ki, onlara verilən qeyri-rəsmi məlumatda bildirilir ki, elektrikin kəsilməsi FHN-in müraciəti əsasında olub: “Bazar rəhbərliyi ilə FHN rəhbərliyi arasında qarşıdurma yarandığı üçün işıqların kəsildiyini deyirlər”.
***
"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Dərnəgül taxta bazarında işığın kəsilməsinə orda baş verən yanğınla bağlıdır:
“Taxta sexində yanğınla əlaqədər olaraq enerji təchizatı dayandırılıb. "Bakıelektrikşəbəkə"yə Yanğından Mühafizə İdarəsindən rəsmi məktub daxil olan kimi, işıqlar qoşulacaq.”