“Dərnəgül” metrostansiyası yaxınlığında yanğın söndürüldü - Yenilənib

dernegul-metrostansiyasi-yaxinliginda-yangin-sonduruldu
Oxunma sayı: 2423

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Binəqədi rayonunda “Dərnəgül” metrostansiyası yaxınlığında baş vermiş yanğın söndürüldü.