“Dərnəgül”un açılışı təxirə salındı

dernegulun-acilisi-texire-salindi
Oxunma sayı: 3005

Açılışı bu gün üçün planlaşdırılmış “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi gələn həftədən sərnişinlərin istifadəsinə veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə yazıb. O bildirib ki, texniki məsələlərə görə mərkəz bu gün istifadəyə verilə bilmir.

Xatırladaq ki, Mübadilə Mərkəzinin bu gün istifadə veriləcəyi bildirilmişdi. Bununla əlaqədar 100, 108, 123, 134, 147 və 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-ə hərəkət etməsi təmin olunacaq.

Günel Hacı