“Dərsdə müəllim nə işlə məşğuldur?” - Hüquq müdafiəçiləri bir arada

dersde-muellim-ne-isle-mesguldur
Oxunma sayı: 1790

Bu gün Dilarə Əliyeva adına Qadın hüquqlarının müdafiəsi cəmiyyətində Ədalət naminə həmrəylik komitəsinin təşkilatçılığıyla təhsildə baş verən problemlərlə bağlı dinləmələr keçirilib.

"Qafqazinfo" xəbər verir ki, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki təhsil haqqında qanuna dəyişikliklər edilir:

"Ümumtəhsil müəəssisələrində testlərin tətbiq edilməsi yolverilməzdir. Bu sistemli korrupsiya üçün şərait yaradır. Testi bu qədər eybəcərləşdirib özləri üçün istifadə edirlər.  Bu gün böyük bir kütlə repetitor ordusu üzə çıxıb. Sən məktəbdə dərs demirsən,amma evdə pul naminə dərs keçirsən. Bundan əlavə, məktəblərdə valideyn şuralarının rolu görünmür. Son baş verən olaylarda da biz bunun rolunu görmədik. Məktəblərdə təlim-tərbiyə işi çox zəifləyib".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, rayonlarda tualetləri olmayan məktəblərdən alimlər çıxır: "Kələkidən hər il 4 nəfər yüksək balla universitetə daxil olur. Niyə bu əxlaqsızlıq bu şəhər sistemindədir?"

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyib ki, Azərbaycan yeganə ölkədir ki, burada pulu oxumamağa görə verirlər: "Mən hesab edirəm ki, belə olanda biz böyük korrupsiya sisteminin istər- istəməz şrupuna dönürük. Bizə uşaqları və peşəsini sevən müəllimlər lazımdır. İndi müəllim birinci sinfin valideyninə deyir ki dərsdən sonra uşağını 40-50 manata hazırlaşdırım. Bəs dərsdə müəllim nə işlə məşğuldur? Müəllim telefonla oynayır. Dəhşətə gəlirəm".

Günel Türksoy

Fotolar: Pərvin Zeynal