Dərsə ağıllı başlamaq üçün lazım olan - 9 ƏŞYA

derse-agilli-baslamaq-ucun-lazim-olan
Oxunma sayı: 1999

Axır ki, gözlənilən xəbər gəldi: “Sabahdan məktəblər, sentyabrın 29-dan isə ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.” Bu həyəcanlı xəbəri gözləyənlər indi tələm-tələsik hazırlıqlara başlayıb.

Bilirik ki, tədris ilinə hazırlıq nə qədər sevimli iş olsa da, bir o qədər də xərc tələb edən işdir. Bunu nəzərə alan “Kontakt” yeni tədris ilinə hazırlaşanlara özəl kampaniya elan edib. Gəlin kampaniya çərçivəsində təklif olunan dərs ili üçün ən əsas məhsullarla tanış olaq.

Tələbələr üçün ən yaxşı hədiyyə – SMARTFON

Ağıllı tələbə və məktəblilərə ağıllı telefon lazımdır. Xüsusən də əgər evinizdəki tələbə universitetə yeni daxil olubsa əmin olun ki, o sizdən Apple brendinin smartfonunu gözləyir. Əgər onu sevindirmək istəyirsinizsə, iPhone 12 mini hədiyyə edə bilərsiniz. Çünki bu smartfon güclü prosessoru ilə yanaşı, çox dəbli dizayna malikdir. Smartfonu özəl edən həm də onun gecə çəkilişinin olmasıdır.

Əgər daha büdcəli smartfon axtarırsınızsa, seçiminizi Xiaomi Redmi 9 telefonunda saxlaya bilərsiniz. Smartfonun geniş və çərçivəsiz ekran konstruksiyası sayəsində görüntüyə yüksək keyfiyyətdə baxacaqsınız. Özü də bu telefonu “Kontakt” mağazalar şəbəkəsində 330 deyil, cəmi 299.99 manata əldə edə bilərsiniz.

Müasir tələbənin ən yaxın dostu - NOTBUK

Hər tələbənin bütün kitab və qeyd dəftərlərini bir yerdə cəmləşdirən notbuka ehtiyacı var. Bu cihaz həm də universitet təqdimatlarının hazırlanması, vacib dərs materiallarının axtarışı üçün əvəzolunmazdır. Eyni zamanda, müasir dövrün tələblərinə uyğun olaraq, videokonfranslara qoşulmaq üçün lazımı vasitədir. Əgər siz də bütün tələbəlik dövrünün sizinlə barəbər olmasını arzuladığınız notbuk axtarışındasınızsa, sizə ofis işləri üçün ideal seçim olan HP Pavilion notbukunu məsləhət görə bilərik. Özü də bu notbukun alışı büdcəsinizə heç zərər vurmayacaq, çünki “Kontakt”-dan gündə cəmi 3.75 AZN ödəməklə əldə edə biləcəksiniz. Güclü batareyasına görə bu notbuku könül rahatlığı ilə özünüzlə bütün mühazirələrə apara biləcəksiniz. Çünki təxmini enerji saxlama müddəti 11 saatlıq video baxılmasına bərabərdir.

Dərs materiallarını evdə çap edə bilmək üçün– PRİNTER

Məlum olduğu kimi, saatlarla notbuk qarşısında vaxt keçirmək gözlərə və sağlamlığa ziyandır. Buna görə, tələbələr çoxsəhifəli mühazirə və digər dərs materiallarını çap edərək oxumağı üstün tutur. Yəni, hər tələbə bir ay əzrində təxmini 100 səhifə dərs materialı çap edir. Bu da o deməkdir ki, orta hesabla, 4 illik təhsil dövrü ərzində tələbələrin çap materiallarına xərclədiyi vəsait 600 manata yaxındır. Gəlin razılaşaq ki, çap üçün kifayət qədər böyük məbləğdir. Bu xərci azaltmaq üçün “Kontakt”-dan HP brendinə məxsus ev printerini 250 deyil, cəmi 199.99 manata əldə edə bilərsiniz. Beləliklə, büdcənizlə yanaşı, həm də vaxtınıza qənaət etmiş olacaqsınız. Çünki artıq çap məkanlarında uzun növbələrdə durmağa ehtiyac qalmayacaq.

Sərfəli və sürətli nəqliyyat vasitəsi – SKUTER

Səhər dərsə gecikərkən tıxacda qalmaqdansa, saatda 20 km gedən skuterlərə nə deyirsiniz? Özü də 799.99 manatdan başlayan qiymətlərlə J Son ildə gənclər arasında trendə çevrilən elektrikli skuterlər qısa məsafələri asanlıqla fəth etmək üçün əvəzolunmaz vasitədir. Həm tıxaclarda dayanmırsız, həm də ictimai nəqliyyat vasitələrində sıxlığa məruz qalmırsınız. Üstəlik, pandemiya şəraitində insan sıxlığı müşahidə olunan yerlərdən çəkinmək mütləqdir. Yeri gəlmişkən, skuter almaq istəyən gənclərə “Kontakt”da çox sərfəli kredit şərtləri var: Xiaomi elektrikli samokatını ayda cəmi 55.6 manat ödəməklə əldə edə bilərsiniz.

Kirayədə qalan tələbələr üçün - EV ƏŞYALARI 

Universitetə yeni qəbul olmuş region gəncləri paytaxt şəhərə yerləşərkən ilk növbədə kirayə ev axtarmağa başlayırlar. Uyğun ev tapdıqdan sonra isə ilk iş evi lazımi məişət əşyaları ilə təmin etmək olur: yataq dəsti, elektrikli çaydan, saç feni və hər zaman səliqəli görünmək üçün ütü. Həmin tələbələrin axtarışlarını asanlaşdırmaq üçün ən sərfəli təklifləri bir yerə yığdıq:

Tək nəfərlik 100% pampıq yataq dəsti ayda cəmi 7 manata;

Buxarlı Philips ütüsü isə ayda 6.2 manata olacaq.

Nağd alanlara isə:

Elektrikli Hoffmann çayniki 90 deyil, 39  manata;

Philips brendinin ütü feni 100 deyil, 79 manata olacaq.

Bütün smart təkliflərlə yanaşı “Kontakt”ın “İnşaatçılar”, “Ukrayna Dairəsi” və “Sumqayıt 10mkr” mağazalarında və kontakt.az saytında məktəb ləvazimatlarını da tapa bilərsiniz.

“Kontakt” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biridir. 30 000-dən çox məhsul çeşidinə malik “Kontakt Home” mağazalarında ev üçün axtardığını hər şeyi tapa bilərsiniz.

“Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Sevindirən şəbəkənin ölkə üzrə ümumilikdə 32 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir.