Respublikanın ümumtəhsil məktəblərində dərs ilinin mayın 31-də başa çatacağı ilə qeyr-rəsmi məlumatlar yayılmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, valideynlər və şagirdlər sosial şəbəkədə bu haqda öz fikirlərini yazırlar.
Xatırladaq ki, bir müddət əvvəl də bu barədə məlumatlar var idi. Təhsil Nazirliyi isə dərs ilinin iyunun 14-də başa çatacağını bildirmişdi.
“Qafqazinfo” yenidən məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bir daha təsdiqləyiblər ki, dərs ili mayın 31-də yox, iyunun 14-də başa çatacaq.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər