Dərsliklərin gec paylanmasına aydınlıq gətirildi

Dərsliklərin gec paylanmasına aydınlıq gətirildi
Oxunma sayı: 1822

Elm və təhsil naziri Emin Əmrullayev dərsliklərin gec paylanması məsələsinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bunun obyektiv səbəbləri var: “Bu, şəxsə və ya şəxslərə aid deyil. Heç kim proqnozlaşdıra bilməzdi ki, hərbi konflikt olacaq və kağız tədarükündə problem yaranacaq. Düzdür, bu, bəhanə deyil. Amma eıektron qaydada kitablar əlçatan idi. Qonşu ölkələrdə də bu problem yaşanır. Biz artıq növbəti ilin çap xərclərini proqnozlaşdırırıq ki, problemlər yaşanmasın”.

Gülnar Əliyeva