Dəryanın oğlu Nadirə “alçaq” dedi - O isə...

Dəryanın oğlu Nadirə “alçaq” dedi
Oxunma sayı: 767

Müğənni Nadir Qafarzadə rəsmi instaqram hesabında qalmaqallı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin ona atdığı mesajı izləyiciləri ilə bölüşüb. 

Mesajda Canagir Kənanın onlara apardığı bazarlığın fotosunu atıb və “Sox gözünə, alçaq. Kənana inanmırdınız” yazıb. 

Nadir isə həmin görüntüləri instaqramda yayımlayaraq Cahangirə əsəbiləşib:

"Bu fotonu Hüseyn Dəryanın oğlu “direct”ə atıb. İndi buna nə ad verək?! Guya, o ərzaqları Kənan öz pulu ilə alıb aparıb?! Ərzaqları Kənana şouda veriblər, o da Hüseyn Dəryanın oğluna aparıb. Öz cibindən xərcləməyib.

Allaha çox şükür, kimə nə yaxşılıq etmişəmsə, öz halal qazandığım pulla eləmişəm. Reklamlara heç vaxt ehtiyac görməmişəm. Çünki xalqım hər şeyi görür və yaxşı bilir. Mən isə Hüseyn Dəryanın oğluna heç nə demirəm. Çünki o mənim oğlanlarımdan da balacadır. Həyatda hər kəs atasını tanısın. Allah səni saxlasın, Cahangir”.

Nadir daha sonra həmin postu öv hesabından silib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi