“Qafqazinfo”nun xəstəxanada olan əməkdaşının sözlərinə görə, reperin meyidi hələ də ekspertizadadır. Mərhumun yaxınları və fanatları xəstəxanaya toplaşıblar. Onların arasında H.Dəryanın iki həyat yoldaşı, qayınanası, bacısı, oğlu və birz az öncə gələn qızı da var.
Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.
Son xəbərlər
Son Xəbərlər