Devalvasiyadan sonra qiymətlər bu qədər qalxıb - Siyahı

devalvasiyadan-sonra-qiymetler-bu-qeder-qalxib
Oxunma sayı: 3853

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri 11,7 faiz qalxıb.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov AzadlıqRadiosuna deyib ki, iki ayda əvvəlki ilin eyni dövrünə nəzərən ərzaq məhsulları orta hesabla 14,8%, qeyri-ərzaq malları isə 15,7 faiz bahalaşıb.

Xidmətlərdə qiymət artımı 4,04 faiz olub.

Fevral ayında yanvara nisbətən inflyasiya 0,4 faiz olub.

Ərzaq və qeyri-ərzaq mallarının qiyməti 0,6 faiz, xidmətlər isə 0,15 faiz bahalaşıb.

İqtisadiyyat Nazirliyi 2016-cı ildə inflyasiyanın 12,1 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ötən ilin sonunda Azərbaycanda ikinci devalvasiya olub.