Devis də onları yad etdi... - Foto

devis-de-onlari-yad-etdi
Oxunma sayı: 1064

ABŞ-ın İstanbuldakı baş konsulu Cenifer Devis “Reina” qurbanlarını yad edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cenifer Devis səhər saatlarında klubun qarşısına gəlib. O, terrorda dünyasını dəyişənləri 1 dəqiqəlik sükutla yad edib. Daha sonra Devis qurbanların xatirəsinə quraşdırılan stendin qarşısına əklil qoyub.

Xatırladaq ki, Yeni il gecəsi İstanbul şəhərində gecə klubuna silahlı hücum olmuşdu. Terror nəticəsində 39 nəfər ölüb, 65 nəfər yaralanıb.

Aysel Kərimova