Devrilmiş prezidentdən yeni xəbər var

devrilmis-prezidentden-yeni-xeber-var
Oxunma sayı: 1797

Sudanda 11 gün əvvəl hərbi çevriliş nəticəsində devrilən Ömər əl-Bəşir həbsxanaya salınıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Sudan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, Kobar həbsxanasına göndərilib.

Xatırladaq ki, Ömər əl-Bəşirin taleyindən 11 gün idi dəqiq məlumat açıqlanmırdı.

Qeyd edək ki, Uqanda hökuməti sabiq prezidentə sığınacaq verə biləcəyini bəyan edib.