Dəyəri 130 min manatdan çox olan dərman vasitələri yandırıldı - Foto

deyeri-130-min-manatdan-cox-olan-derman-vasiteleri-yandirildi
Oxunma sayı: 1799

Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitələri, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.

"Qafqazinfo" xəbər verir ki, məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin Azərbaycanda qeydiyyatda olmadığı, keyfiyyət normativlərinə cavab vermədiyi müəyyən edildiyindən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC tərəfindən topdan satışa buraxılmasına qadağa qoyulub.

“Qırxbulaq” MMC, “Zeytun pharmacuticals” MMC, “Centrum pharma” MMC, “Alfa-N company” MMC, “NP” MMC, “Stomdent” MMC, “Amex” MMC, “Asfarma dərman sənaye LTD ŞTİ” MMC firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən həmin dərman vasitələri ümumilikdə 15863.40 ABŞ dolları, 2218822.88 Rus rublu, 25065.02 Avro dəyərində olub.