“Müştərinin hansı bankda hesab açmağı onun öz seçimidir. Bunu ona dövlət məcbur etməyib”. “Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
E. Rüstəmov vurğulayıb ki, Mərkəzi Bank requlyativ funksiyaya bir neçə aydır qayıdıb: “Əhəmiyyətli boşluqlardan biri ondan ibarətdir ki,banklar öz audit hesabatlarını dövri olaraq açıqlamalıdırlar. Yəni bankların fəaliyyəti daha şəffaf olmalı idi. Bizim şərtsiz prioritetlərimizdən biri ondan ibarətdir ki, maliyyə sağlamlaşdırılmasını yekunlaşdırmalıyıq. Bütün banklar əhalini məlumatlandırmalıdır ki, onların vəziyyəti necədir. Burada müəyyən boşluqlar var. O boşluqları doldurmağa çalışacağıq. Banklar öz fəaliyyətində şəffaf olmalıdır. Bu sahədə Mərkəzi Bankın da üzərinə iş düşür. Hər bir müştəri bankı özü seçir. Tanış olduğumuz situasiyalardan görürük ki, bankı seçəndə müştərilər subyektiv amillərlə seçirlər. Tanışlıqla, hansısa filial müdiri qonşusudur və.s gəl hesabı bizdə aç. Bizim sistem əhəmiyyətli banklarımız var. Çox vaxt isə deyirlər ki, bu mənim dostumun bankıdır, burada hesab açacam və. s Bu belə olmamalıdır.Müştərilər banklara qarşı tələbkar olmalıdır. Bizə müraciətlər olub. 10-15 nəfərin işlədiyi müəssisədir. İnsan biznesini yaradıb, işçiləri var. Bu gün maaş verə bilmir. Çox həssas, ağrılı məsələdir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər