“Deyir, ilk dəfədir evimə namizəd qonaq gəlib” - Elnur Allahverdiyev

deyir-ilk-defedir-evime-namized-qonaq-gelib
Oxunma sayı: 5520

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev seçiciləri ilə görüşlərini davam etdirir. “Qafqazinfo” xəbər verir ki, E. Allahverdiyev bu dəfə xalq artisti Firəngiz Mütəllimovanın evində qonaq olub. Namizəd həmin görüşlə bağlı fikirlərini feysbuk hesabında paylaşıb.

“Deyə bilərsinizmi, hansı seçki dairəsində bu qədər məşhur seçici yaşayır? Hamımızın sevimlisi, hansı rolu oynayır oynasın, qəlbimizdə Gülnar obrazı ilə yer tutmuş əzizimiz Firəngiz Mütəllimovanın qonağı olduq. Firəngiz xanım çox fəal seçicidir, özü də istisnasız olaraq YAP-ın seçicisidir. Qəfil gəlişimiz onun üçün xoş sürpriz oldu. Deyir, ilk dəfədir evimə namizəd qonaq gəlib. Yaxşı ki, varsınız, Firəngiz xanım!”-deyə, E. Allahverdiyev bildirib.