“Deyir ki, “Anar getsin, evində ölsün” - Deputat

deyir-ki-anar-getsin-evinde-olsun
Oxunma sayı: 11261

“Azərbaycanda ağsaqqal anlayışı önəmlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. 

O, qocaman deputatların yenidən namizəd olmasına etiraz edənlərə cavab verib: “Bu, səhv fikirdir. Dünyanın hər yerində, elə qardaş Türkiyənin özünü götürək, yaşlı insanlara üstünlük verildiyini görərik.

Bunu mən deyə bilərəm, çünki hələ 60 yaşım yoxdur. Deyə bilməyəcəklər ki, özünü müdafiə edir. İnsan yaşlananda ağlı qaçmır ki, əksinə, daha da müdrikləşir. Azərbaycanda ağsaqqal anlayışı önəmlidir. Bu yaxınlarda Anarın heç bir kitabını oxumayan birisi deyir ki, “Anar getsin, evində ölsün”. Sənin valideynin barədə bir başqası belə desə, xoşuna gələr? Dünən ortaya çıxan, bir sətir yaza bilməyən, mübtəda ilə xəbərin yerini itirən adamlar Azərbaycanın məşhur bəstəkarlarına, rəssamlarına, alimlərinə yaş iradı tutur. Onlar bu yaşa qədər enişli-yoxuşlu yollar keçiblər, çalışıblar.

Ona görə də insanları yaşa görə dəyərləndirmək düzgün deyil. Parlamentdə 70-75 yaşlı elə deputatlar var ki, oradakı gənc həmkarlarından qat-qat səmərəli fəaliyyət göstərir, həm dövlətə, həm seçicilərə, həm də Milli Məclisə xidmət edirlər”.