“Deyirdilər ki, oğlumu çağırmaq istəmirəm, mənə taksi göndərin”

deyirdiler-ki-oglumu-cagirmaq-istemirem-mene-taksi-gonderin
Oxunma sayı: 3383

“Vətəndaşlar müraciət etmək üçün tələsməsinlər, birinci qeydiyyatdan keçənlər qabağa salınmayacaq”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

O bildirib ki, bütün müraciətlərə baxılacaq: “İlk günlərdə həmişə say yüksək olur. Biz ahıllarla bağlı elan verdikdə, bir gün ərzində 15 min müraciət oldu. Onların 80 faizi tək yaşamırdı. Bir çoxu deyirdi ki, oğlumu çağırmaq istəmirəm, mənə taksi göndərin. Amma bu gün müraciətlərin sayı 100-150-yə düşüb”.

Nazir əlavə edib ki, saytda eyni anda 30 min insan əməliyyat apara bilir.

Murad Əhməd