“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə 27 ildir ki, ailəli olan xalq artisti həyat yoldaşı ilə münasibətindən danışıb:
“Həyat yoldaşımı ilk baxışdan sevmişəm. Kişilər qadınların məhəbbətini qazanmaq üçün bəzən illərlə sevgilərini sübut etməyə çalışırlar. Həyat yoldaşımı sevən zaman da oğlanlar gəlib universitetin qarşısında dayanıblar. Rəfiqələrim deyirdi ki, sənin sevdiyin heç gəlib yağışın altında dayanmır, amma filan oğlan dayanır və daha yaraşıqlıdır. Deyirdim ki, insanın kimyası kiminlə tutursa, onu sevir. Universitetin birinci kursunda həyat yoldaşımı sevdim, üçüncü kursda ona ərə getdim.
İnsanlara ilk baxışda verdiyim qiymət hər zaman özünü doğruldur. Yoldaşım atama bənzəyirdi, ağbəniz idi. Zahiri görünüşü və danışıq qabiliyyəti məni cəlb etdi. Mən tez özümdən çıxan insanam, o isə sakitdir. Bəzən əsəbləşib özümdən çıxıram, o isə sakit dayanır. İnsan ilk baxışda aşiq olur, ailə qurub uşaq dünyaya gətirir. Vaxt keçdikdən sonra sevgi dostluğa çevrilir. 27 ildir ki, ailəliyik və artıq ilk günki sevgi yoxdur, sevgi dostluğa çevrilib. Onun barmağı qanasa canım yanar. İnsan sevgisi bitəndə də məsuliyyətini itirməməlidir. Münasibətinə sadiq qalmalıdır”.
Könül
Son xəbərlər
Son Xəbərlər