“Deyirdilər, necə ailəsiz ki, hər kəsin fərqli soyadı var?!”

deyirdiler-nece-ailesiz-ki-her-kesin-ferqli-soyadi-var
Oxunma sayı: 4981

“İnstaqramda ən səs-küylü postum imtahandan foto paylaşmağım olub. Düzgün etməmişəm. Nadinc olmuşam, imtahana telefon keçirmişəm. Daha sonra hər şey qaydasına düşdü. Bu gün onları heç vaxt etmərəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “Özəl” proqramında qonaq olarkən deyib. İfaçı verilişdə yaradıcılığı, sosial mediadakı həyatı, uşaqlıq illərindən söhbət açıb.

Günay qeyd edib ki, çox nadinc bir şagird olub: “Müəllimlərlə yaxşı yola getsəm də, sevmədiyim dərslərdən qaçırdım. Humanitar fənləri çox sevirdim. Amma kimya, fizika kimi elmi fənləri əzbərləyirdim. Dərsdə mahnı oxuyurdum, yaxşı qiymət yazırdılar”.

Daha sonra Günay ailəsində hamının fərqli soyad daşıdığını bildirib: “Əslində bizim ailədə ata, ana və uşaqların soyadları fərqlidir. Ata soyadı Əliyev, ana Hüseynova...  İbrahim ulu babamız olub. Bu səbəbdən nəvələrə İbrahimli soyadını veriblər. Hansısa bir ölkəyə istirahətə gedən zaman fərqli soyad bizə problem yaradırdı. Deyirdilər ki, siz necə ailəsiz ki, hər kəsin fərqli soyadı var?!”