“Deyirlər camaat işləmək istəmir, normal iş yeri olsa, hamı işləyər”

“Deyirlər camaat işləmək istəmir, normal iş yeri olsa, hamı işləyər”
Oxunma sayı: 1355

“Bizə kim müraciət edirsə, onu başımızdan etmək üçün Məşğulluq Agentliyinə göndəririk. Məşğulluq Agentliyi isə özü başından edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib.

O qeyd edib ki, agentlikdə onlara yalandan hansısa qeyri-müəyyən iş təklifləri edirlər: “Adam işlə təmin olunmur, işsizlərin sayı artır. Bu mexanizmi biz canlandırmalıyıq?! Dövlət əli ilə iş yeri açılması ideyası artıq absurddur. Özəl sektor, sahibkar iş yeri aça bilər. Sahibkarların önü açılmalıdır. Deyirlər camaat işləmək istəmir. Hamı işləmək istəyir. Normal iş yeri olsa, hamı gedib işləyər, yaxşı maaş olsa, hamı işləmək istəyir”.

Eldar Tanrıverdi