“Deyirlər ki, avtobus xarab olub, xəttə buraxılmayıb” - Şikayət

deyirler-ki-avtobus-xarab-olub-xette-buraxilmayib
Oxunma sayı: 1151

Sumqayıt şəhər sakini Aynur Abdullayeva 30 nömrəli marşrutdan şikayətçidir.

O, bununla bağlı “Qafqazinfo”ya bildirib ki, marşrut qrafiklə hərəkət etmir: “Elə günlər olur ki, insanlar küçələrdə qalır. Soruşanda da deyirlər ki, avtobus xarab olub, xəttə buraxılmayıb. Şikayət üçün avtobusda qeyd olunan nömrəyə zəng vurursan, telefona ya cavab vermirlər, ya da söndürürlər”.

“Qafqazinfo” məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayevlə əlaqə saxlayıb. O bildirib ki, Sumqayıtda nəqliyyat infrastrukturu tamamilə yenilənib: “Belə ki, 200-dən artıq yeni avtobuslar xəttə buraxılıb. Bütün marşrut xətlərində müasir avtobuslar fəaliyyət göstərir. Qeyd edilən 30 nömrəli marşrut da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sumqayıt şəhəri istiqamətində hərəkət edir. Qrafikə uyğun olaraq da fəaliyyət göstərir. Bu məsələ ilə bağlı problem yoxdur”.

 Günel Türksoy