“Deyirlər ki, Azərbaycanda uzunboylular azdır, basketbol olmayacaq”

“Deyirlər ki, Azərbaycanda uzunboylular azdır, basketbol olmayacaq”
Oxunma sayı: 1782

“Təhsil sistemi ilə basketbolun vəhdətini təşkil etmək mənim üçün vacib məsələdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti, təhsil naziri Emin Əmrullayev federasiyanın bugünkü konfransında deyib.

O, basketbolun gələcəyi ilə bağlı danışıb: “Basketbolla məşğul olan uşaqların valideynləri gələcəkdə çətin seçim qarşısında qalır. Çünki ya peşəkar idmanı, ya özünü hazırlığa sərf etməlidir. Bu kifayət qədər məsuliyyətli seçimdir. İnandığım odur ki, biz bu çətinliyi həll edə bilərik.

Əmrullayevin sözlərinə görə, müasir idman təkcə fiziki gücdən asılı deyil: “Belə bir stereotip var ki, Azərbaycanda uzunboylu insan azdır. Buna görə deyirlər ki, bizdə heç vaxt basketbol olmayacaq. Amma aparılan seleksiya işləri nəticəsində 779 nəfər basketbola marağı olan uzunboylu adam seçilib. Onlardan 420-si qız, 359-u oğlandır”.