Devid Bekam həyat yoldaşı Viktoriya Bekhamdan boşanmağı barədə yayılan şayiələrə münasibət bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eks-futbolçu bu barədə “Desert Island Discs” verilişinə qonaq olarkən deyib.
Bekam həyat yoldaşını sevdiyini, ondan ayrılmayacağını deyib:
“Deyirlər ki, biz brend olduğumuz üçün boşanmırıq. “Bekamlar” brendi... Cəfəngiyyatdır. Belə deyil, bir-birimizi sevirik, bu səbəbdən ayrılmırıq. Güclü bir ailəyik, əlbəttə, evlilik çətindir, səhvlərimiz də olur. Bu çətin məqamları ailə üzvlərimizlə birgə həll edirik”.



Son xəbərlər
Son Xəbərlər