“Deyirlər ki, bunlar öz millətini yıxıb-sürüyür...”

deyirler-ki-bunlar-oz-milletini-yixib-suruyur
Oxunma sayı: 2244

“Eurovision” mahnı müsabiqəsi dünya səviyyəsində olan bir tədbirdir. Səmra öz başına geyinib səhnəyə çıxmayıb. Onun üzərində modelyerlər işləyib və bir obraz yaradıblar. Hamıya dil uzatdız, bəs etmədi?”

Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Mehriban Xanlarova söyləyib.

Aktrisa Səmra Rəhimlinin geyimini tənqid edənlərə cavab verib:

“İndidə gedib “Eurovision”a ilişirsiz. Heç olmasa yazdıqlarınızdan utanın. Azəri qızıdır, Azərbaycanı təmsil edir. Dəstək olmaq əvəzinə ağzınıza gələni yazırsız. Bütün dünya ölkələri Səmranın səhifələrini izləyir, hətta ermənilər belə… Bir dəfəlik əlimizə silah alaraq bir-birimizi vuraq.

Belə dəstək oluruq? İndi düşmənlərimiz yazdıqlarınızı oxuyur, sevinir. Deyirlər ki, bunlar öz millətini yıxıb-sürüyürsə, elə biz də bunları yıxaq. Özünüzə gəlin, yaxşı olar ki, bəzi ağzıgöyçəklər dillərini qarınlarına soxsunlar. Lazımsız sözlərinizi büküb cibinizə qoyun. Təmsilçimizin üzərinə düşmək lazım deyil”.