“Deyirlər ki, dövlət cərimələri bağışlayacaq”

deyirler-ki-dovlet-cerimeleri-bagislayacaq
Oxunma sayı: 2536

Deputat Siyavuş Novruzov da İnzibati Xətalar Məcəlləsinə maskaların taxılmamasına görə tətbiq ediləcək cərimələrə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, elə fikir yaranır ki, kimdənsə zorla pul istənilir: “Maska taxanın hansındansa pul istəyirlərmi? Zəhmət çəksinlər, maska taxsınlar. Biri deyir imkanı yoxdur cərimə ödəməyə. İmkanı yoxdursa, 30 qəpik verib maska alsın da.

Deyirlər ki, dövlət cərimələri bağışlayacaq, yaxud ölən şəxsə şəhid status veriləcək, yaxud ev veriləcək. Düşünmədikləri fikir yoxdur, maska taxmaqdan başqa. Ona görə də şayiə yayanları da məsuliyyətə cəlb etmək lazımdır”.