Dəyişmək istədiyi təkər başına dəydi - Öldü

deyismek-istediyi-teker-basina-deydi-
Oxunma sayı: 2727

Dünən Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 3-də Şirvan şəhərində Hacıqabul rayon sakini Mübariz Abbasov özünəməxsus “KamAZ” markalı avtomobilin təkərini dəyişərkən ölüb.

O, ehtiyatsızlıqdan təkərin başına dəyməsi nəticəsində dünyasını dəyişib.

Araşdırma aparılır.

Murad Əhməd