Dezodorantlardan silah kimi istifadə etdilər

dezodorantlardan-silah-kimi-istifade-etdiler
Oxunma sayı: 1380

İspaniya sərhədində miqrantlarla polis arasında toqquşma olub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Mərakeş-İspaniya keçidində yüzlərlə qaçqın darvazadan tullanaraq Seuta tərəfə keçib. Eyni zamanda, yeddi metr hündürlüyündəki sərhəd 400-600 arası miqrantın hücumuna məruz qalıb. Onlar dezodorantlardan alovlu silah kimi istifadə edərək polislərə atıblar. 

Bildirilir ki, Qırmızı Xaça müraciət edən 390 nəfərdən 30-u müxtəlif xəsarətlər alıb, onlardan 11 nəfəri  tibb məntəqələrinə yerləşdirilib. 4 Mülki Qvardiya əməkdaşının da yanıq xəsarətləri aldığı bildilir. Hüquq-mühafizə orqanları məlumat yayaraq insidentdə cəmi 12 nəfərin yaralandığını deyib.

Aysel Kərimova