DGK-da Heydər Əliyevə həsr olunan tədbir keçirilib

dgk-da-heyder-eliyeve-hesr-olunan-tedbir-kecirilib
Oxunma sayı: 1197

Mayın 10-da Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Komitənin sədri Səfər Mehdiyev bildirib ki, bütün dövlət təsisatları kimi gömrük orqanlarının da formalaşdırılması, ixtisaslı kadrlara, müasir infrastruktura malik olan strateji quruma çevrilməsi məhz ulu öndərin adı ilə bağlıdır. Gömrük sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar, verdiyi tapşırıq və tövsiyələr qısa zaman kəsiyində Azərbaycan gömrüyünü təkmil bir quruma, dünya gömrük ailəsinin nüfuzlu üzvünə çevirdi.

Komitə sədri onu da bildirib ki, ümummilli liderin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, dövlətimizin qüdrətlənməsinə, iqtisadi tərəqqimizin davamlılığının təmin olunmasına hesablanıb. 

Ötən ayın sonlarında Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatının Avropa Regionuna rəhbər seçilməsini Prezident İlham Əliyevin məqsədyönlü, tərəqqipərvər daxili və xarici siyasətinin nəticəsi kimi qiymətləndirən Səfər Mehdiyev, gömrük orqanlarının daim dövlət qayğısı ilə əhatə olunduğunu da vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin beynəlxalq arenada nüfuz qazanmasında ulu öndərin əvəzsiz xidmətlərindən danışıb. Daha sonra ümummilli liderin müasir qanunvericilik bazasının yaradılması, bütün sahələrdə dövlət quruculuğunun və iqtisadi tərəqqinin təmin edilməsi məqsədilə atdığı uzaqgörən addımlardan danışan Ziyafət Əsgərov bugünkü Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu və onun ideyaları yaşadıqca müstəqilliyimizin də yaşayacağını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli sərəncamına əsasən, xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına orden və medallar təqdim olunub.

Tədbirin sonunda Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş etdirilib.