DGK-nın mərkəzi aparatı aztəminatlı ailələrə yardım edib - Video

dgk-nin-merkezi-aparati-azteminatli-ailelere-yardim-edib
Oxunma sayı: 1017

Koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı bu məqsədlə növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini verib.

Könüllü gömrükçülərin iştirakı ilə 120-dən çox ailəyə baş çəkilib, onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.