DGK-nın “Telegram” kanalı fəaliyyətə başladı

dgk-nin-telegram-kanali-fealiyyete-basladi
Oxunma sayı: 1233

Dövlət Gömrük Komitəsinin rəsmi “Telegram” kanalı t.me/gomrukaz istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, kanalda gömrük orqanlarının fəaliyyəti ilə bağlı vacib xəbərlər, həyata keçirilən yeniliklər, tədbirlər, gömrük qanunvericiliyi və s. məlumatlar paylaşılacaq.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə @gomrukaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Facebook, Twitter, İnstagram, Youtube və LinkedIn sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.