Yanvarın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Mekan İşanqulıyevlə görüşüb.
“Qafqazinfo”nun məlumatına görə, sədr Səfər Mehdiyev Azərbaycan və Türkmənistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini deyib, iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb. Bu münasibətlərin Azərbaycan və Türkmənistan rəhbərləri tərəfindən strateji tərəfdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edən Komitə sədri 2018-ci ilin noyabrında prezident İlham Əliyevin Türkmənistana səfərinin əhəmiyyətini xüsusi vurğulayıb.
DGK sədri səfər zamanı imzalanmış sənədlərin, o cümlədən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə iki ölkənin gömrük orqanları arasında sazişin Azərbaycan-Türkmənistan münasibətlərinin genişlənməsinə xidmət etdiyini söyləyib, bununla hər iki dövlətin bütün sahələrdə, o cümlədən gömrük sferasında münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.
Gömrük sahəsində əlaqələrdən də məmnunluqla bəhs edən Komitə sədri, işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib.
Səfər Mehdiyev hər iki ölkənin uğurlu inkişaf yolu ilə irəlilədiklərini söyləyib, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün ölkədə aparılan islahatlardan, xususilə də gömrük işi ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.
Səfir Mekan İşanqulıyev iki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə gömrük orqanları arasında da qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Son xəbərlər
Son Xəbərlər