DGK-ya 10 ədəd avtomobil təqdim edilib - Foto

dgk-ya-10-eded-avtomobil-teqdim-edilib
Oxunma sayı: 5398

“Azərbaycan və Gürcüstan arasında “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində alınmış nəqliyyat vasitələrinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Dövlət Gömrük Komitəsinə təhvil verilib. 

DGK-dan “Qafqazinfo”ya verilən məlumata görə, onlayn keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti iştirak edib. 

Səfər Mehdiyev  BMTİP-in dəstəyi ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasında “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində görülən işlərdən bəhs edib. 

Bildirilib ki, layihə çərçivəsində sanitar, fitosanitar, baytarlıq nəzarəti sahəsində müasir nəzəri biliklərin əldə edilməsi məqsədilə gömrükçülər və digər aiddiyyəti dövlət qurumlarının əməkdaşları üçün keçirilən seminarlar bu sahədə sərhəd idarəçiliyinin daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə şərait yaradıb.

BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti Dövlət Gömrük Komitəsi ilə uzunmüddətli əməkdaşlıqdan danışıb, son illər ölkəmizdə gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirib. 

Daha sonra görüşdə yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlanması, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin strukturunun təkmilləşdirilməsi və maddi-texniki təchizatı, DGK Akademiyasının tədris proqramının təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda “Azərbaycan və Gürcüstan arasında “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinə 10 ədəd avtomobil təqdim edilib.