Di Kaprio Amazon meşəsinə 5 milyon dollar ayırdı

di-kaprio-amazon-mesesine-5-milyon-dollar-ayirdi
Oxunma sayı: 1655

“Oskar” mükafatçısı, Hollivud ulduzu Leonardo Di Kaprio günlərdir yanan Amazon meşələrini qorumaq məqsədilə mühüm addım atıb.

“Qafqazinfo” xəbər verir ki, təbiət keşikçisi kimi tanınan aktyor meşəni qorumaq üçün fövqəladə fond yaratdığını elan edib. O, həmin fonda 5 milyon dollar bağışlayıb.

Qeyd edilir ki, ilkin məbləğ-5 milyon yanğınlardan zərər çəkən yerli əhali və ən böyük tropik meşənin biomüxtəlifliyini qorumaqla məşğul olaraq fonda dəstək olanlara xərclənəcək.

Aysel Kərimova