Di Kaprio onunla sevgilidir?

di-kaprio-onunla-sevgilidir
Oxunma sayı: 3627

ABŞ-li aktyor Leonardo Di Kaprionun model Neelam Gill ilə eşq yaşadığı bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onların bir neçə gün əvvəl yaxtada səmimi şəkildə görüntülənməsi olub.

Lakin model həmin xəbəri təkzib edib:

"Mən Leonardo Di Kaprionun yeni sevgilisi deyiləm. Mənim onun yaxın dostu ilə ciddi münasibətim var və bu, aylardır davam edir. Ümid edirəm ki, bu, bütün yalan xəbərlərə aydınlıq gətirəcək" - deyə Gill bildirib.