Di Kaprio səfir oldu

di-kaprio-sefir-oldu
Oxunma sayı: 1426


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə təşkilatının baş katibi Pan Gi Mun açıqlama verib.

“Cənab Di Kaprio - ətraf mühitin müdafiəsi hərəkatında etimad bəslənən bir səsdir. Onun vədlərini gücləndirəcək çox böyük bir platforması var” – deyib Pan Gi Mun. BMT baş katibinin sözlərinə görə, 39 yaşlı Di Kaprio sentyabrın 23-də, Nyu-Yorkda, BMT-nin sammitində iqlim dəyişiklikləri problemləri ilə bağlı çıxış edəcək. 

Ötən ilin oktyabrında məşhur aktyor Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fonduna 3 milyon dollar köçürüb. O, hələ 1998-ci ildə təbiəti müdafiə fəaliyyətinə qrantlar ayırmaq üçün öz adına fond təsis edib.