Di Kaprionun BMT-dəki çıxışı

di-kaprionun-bmt-deki-cixisi
Oxunma sayı: 1003

Paris sazişinin imzalanmasının rəsmi mərasimində BMT-nin sülh elçisi, amerikalı aktyor Leonardo Di Kaprio çıxış edib.

“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, aktyor öz çıxışında iqlim dəyişikliyinin insan fəaliyyətinin nəticəsi olduğunu bildirib. O, “Mən sülh Elçisi kimi son iki ildə bütün dünya üzrə səyahət etmişəm və böhranların planetimizdə təbii balansı dəyişdiyinin şahidi olmuşam”- deyə açıqlama verib. Di Kaprio Kanada, İndoneziyada meşələrin məhv edilməsinə, eyni zamanda Hindistanda və Mayamidə daşqınlara da diqqət çəkib.

Qrenlandiyada və Arktikada buzlaqların sürətlə əriməsidən heyrətləndiyini bildirən aktyor bütün bunların onu dəhşətə gətirdiyini deyib.

Aysel Kərimova