Los-Anceles şəhərində baş tutan ilin ən böyük kino hadisəsi maraqlı anlarla yadda qalıb.
“Qafqazinfo”nun məlumatına görə, “Revenant”dakı (Diriliş roluna görə “İlin ən yaxşı aktyoru” mükafatına namizəd olan Leonardo Di Kaprionun ən böyük dəstəkçisi Kate Winslet olub.
Aktyor mükafatlandırma məsiminə də həmkarı ilə birgə qatılıb.
Kate Leonardodan da çox həyəcanlı olduğunu bildirib.
Hətta, “İlin ən yaxı aktyoru” nominasiyasının adı açıqlanan zaman Kate göz yaşlarını saxlaya bilməyib.

Adı açıqlanan Di Kaprio mükafatı almaq üçün səhnəyə yaxınlaşıb, çıxışını iqlim dəyişikliyinə həsr edib:
“Film bir insanın təbiətə qarşı mübarizəsindən bəhs edir. 2015-ci il tarixdə ən isti il kimi yadda qalıb. Filmi çəkərkən qar tapa bilmək üçün dünyanın ən cənubuna getmək məcburiyyətində qaldım. Dünyada iqlim dəyişikliyi yaşanır, bütün canlılar üçün ən böyük təhdiddir. Bu dünyanı belə şeylərdən xilas etmək üçün çağırış edən liderlərə dəstək verməliyik. Bu möhtəşəm mükafata görə hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Di Kaprio və Kate Winslet 20 il əvvəl çəkilən “Titanik” filmində baş rolu paylaşmışdılar.






Son xəbərlər
Son Xəbərlər