Di Mariya PSJ-dən rəsmən ayrıldı

di-mariya-psj-den-resmen-ayrildi
Oxunma sayı: 1917

PSJ-nin futbolçusu Anhel Di Mariya Paris klubundan ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi illə yolların ayrıldığı bildirilib. 

Qeyd edək ki, Di Mariya 2015-ci ildən PSJ-də oynayırdı. O, bu müddət ərzində ümumilikdə 294 oyunda 91 qol vurub və 111 qolun ötürməsini verib. Futbolçunun azad agent kimi “Yuventus”a keçəcəyi gözlənilir.