Di Mariya vidalaşdı- - Foto

di-mariya-vidalasdi-
Oxunma sayı: 1477


“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı futbolçu komanda yoldaşları ilə vidalaşaraq klubdan gedəcəyini rəsmiləşdirib. Təşkil etdiyi mətbuat konfransında Di Mariyanın gedişini təsdiqləyən baş məşqçi Karlo Ançelotti onun yerinə heç bir futbolçunun transfer olunmayacağını qeyd edib. Di Mariya isə öz gedişni klubunda ona layiq olduğu münasibətin göstərilməməsi ilə əlaqələndirib. Bundan istifadə edən “Mançester Yunayted” 60-70 milyon avro arasında futbolçunu tez bir zamanda heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Anxel Di Mariya 2010-cu ildə “Benfika”dan “Real”Madridə transfer olub.

İqbal