Di Mariyanın yeni klubu açıqlandı

di-mariyanin-yeni-klubu-aciqlandi
Oxunma sayı: 2604

PSJ-dən ayrılan Anxel Di Mariyanın “Yuventus”a keçidi rəsmiləşib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 34 yaşlı oyunçu yeni klubunda ilinə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, Di Mariya 7 mövsüm oynadığı PSJ-nin heyətində 295 oyuna çıxıb, 93 qol vurub və 119 qolun ötürməsini vermişdi.